Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

" İran-Azərbaycan əlaqələri daha əhatəli olacaq"

 

İran ilə Azərbaycanın münasibətlərinin daha da yaxınlaşacağına və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə inanıram.

"Xeberinfo.com":    "AzərTac"-a istinadən xəbərə görə, bu sözləri İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün ölkəsinin “Aran” radiosuna verdiyi müsahibəsində deyib. Səfir bildirib ki, hər iki ölkənin rəhbərləri əlaqələrin genişləndirilməsi üçün siyasi iradə göstəriblər. Ötən dövr ərzində dövlət rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin yaxınlığından xəbər verir. Bu səfərlər zamanı müxtəlif sahələr üzrə əlaqələrin qurulması və perspektivdə həyata keçiriləcək birgə layihələrin icrası məsələləri müzakirə edilir. Artıq ticarət, gömrük, mədəni əlaqələr inkişaf etməkdədir. Əlaqələrin inkişafı xalqların maraqlarını ifadə edir.

 

Diplomat vurğulayıb ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırıldıqdan sonra İran-Azərbaycan münasibətlərində yeni mərhələ açılacaq. Bu günədək Azərbaycan İranla normal münasibətlərini qoruyub saxlayıb. Sanksiyaların ləğvindən sonra isə daha geniş əhatəli əməkdaşlıq əlaqələri qurulacaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam