Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan və İran Xəzərdə neft yatağını birgə tədqiq edəcək

 

Azərbaycan və İran Xəzər dənizindəki neft yatağının birgə tədqiq edilməsi ilə bağlı danışıqlar aparır.

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

O bildirib ki, tərəflər bu məsələdə irəliləsələr də, danışıqlar hələ başa çatmayıb: “Danışıqlar davam edir. Artıq hansı yatağı birgə tədqiq edəcəyimiz məlumdur. Bu, çox böyük yataqdır. Lakin onun adı yalnız danışıqlar başa çatdıqdan sonra açıqlanacaq”.

Nazir qeyd edib ki, neft-qaz texnologiyaları sahəsində də iki ölkənin əməkdaşlığı üçün geniş potensial mövcuddur: “İran Azərbaycanda mütəxəssislərinin fəaliyyət göstərməsi və texnologiyalarının istifadə edilməsində maraqlıdır. Bu məsələ ilə bağlı danışıqlar aparılır. Hesab edirəm ki, bu sahədə əməkdaşlıq üçün böyük potensialımız var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam