Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə İŞİD-i belə vurdu - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələri anti-İŞİD koalisiyası tərkibində İŞİD silahlılarına qarşı əməliyyatlar keçirib.

"Xeberinfo.com":    ANS TV-nin məlumatına görə, ötən gün axşamdan start götürən əməliyyatlar zamanı qırıcılar Suriyada silahlıların mövqelərinə aviazərbələr endiriblər.

Bu barədə Türkiyənin xarici işlər nazirliyi açıqlama verib. Bəyanatda qeyd olunur ki, hökumət İŞİD-ə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq əlaqələrini daha da dərinləşdirmək məqsədilə belə bir addım atır.
Rəsmi Ankara İŞİD-i Türkiyənin təhlükəsizliyi üçün əsas hədə mənbələrindən biri kimi görür. Türkiyə Silahlı Qüvvələri isə məlumat yayaraq hava qüvvələrinin vurduğu hədəfləri açılqayıb. Məlumatda deyilir ki, Türkiyənin iki hərbi təyyarəsi Hələb şəhərinin şimalında İŞİD-in 4 hədəfini vurub.
Bu əməliyyatdan sonra keçirilən digər əməliyyatda Türkyənin Suriya ərazisində yaratmağa planlaşdırdığı “bufer zonasının” yaxınlığındakı Cərablus və Azez şəhərləri yaxınlığında 3 ayrı hədəf vurulub.
Bir neçə gün əvvəl yayılan şaiyələrdə İŞİD silahlılarırın bufer zonasının yaxınlığında 5 kəndi ələ keçirdiyi deyilirdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam