Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ETTELAAT-ın eks-rəhbəri:“Mollalar, əlbəyaxa döyüşləri öyrənin”

Son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş ETTELAAT (təhlükəsizlik və kəşfiyyat) naziri Əli Fəllahiyanı da vahiməyə salıb.
Yenixeber.org: Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
O, mollalara və cümə imamlarına qarşı təhlükə və hücumların artdığını deyib. Əli Fəllahiyan bunun qarşısının alınması üçün onları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.
“Şəxsi təhlükəsizliyə diqqət yetirilməlidir. Cümə imamlarını döyüş növlərini öyrənməyə çağırıram. Onlar bilməlidirlər ki, düşmən yatmayıb və hər an onlara hücum edilə bilər”, - deyə Fəllahiyan bildirib.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilə etmələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnir.
Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam