Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hollivud ssenaristləri tətilə başladı, ödəmələri dayandırıldı

Hollivudun ən böyük kinostudiyaları son 15 ildə ilk dəfə tətil keçirdikləri üçün bəzi ssenaristlərə ödəmələri dayandırmağa başlayır.
Yenixeber.org: Bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, "Sony Group Corporation" tətilə görə işləməyən və müvafiq olaraq müqavilə şərtlərini yerinə yetirməyən ssenaristlərə ödənişləri dayandırıb. Agentliyin qeyd etdiyi kimi, digər studiyalar da "Sony"dən nümunə götürə bilər. əgər tətil bir neçə ay davam edərsə, media şirkətləri xərcləri azaltmaq və sənayenin çiçəkləndiyi 2016-2021-ci illər arasında imzalanmış müqavilələrin şərtlərini dəyişdirmək üçün yaranmış fürsətdən istifadə edəcəklər.
Qeyd edək ki, “The New York Times” ABŞ-da məşhur axşam əyləncə şoularının əksəriyyətinin yazıçıların tətili səbəbindən yeni buraxılışlarının olmayacağını bildirmişdi. "Cimmi Fallon ilə bu gecə şousu", "Stiven Kolbertlə gec şou", "Cimmi Kimmel canlı" və "Seth Myers ilə gec gecə" kimi proqramlar bu siyahya daxildir.
Tətil qərarı yazıçılar və Netflix, Amazon, The Walt Disney, Paramount və Apple TV arasında yeni sövdələşmələr və maaş artımları ilə bağlı altı həftəlik danışıqlardan sonra verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam