Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məşhur iranlı imam:“Elə ancaq edam bacarırıq”-

İranın məşhur sünni cümə imamı Mövləvi Əbdülhəmid molla rejiminin yeni edamlara başlamasına kəskin etiraz edib.
Yenixeber.org:  Bu barədə sosial şəbəkələrdə video yayılıb. “Azad İran” “Telegram” kanalının təqdim etdiyi çıxışda M.Əbdülhəmid gileylənib ki, “Nə təhsil verdik, nə iş yeri yaratdıq. Bizim bacardığımız iş edamdır!”.
Qeyd edək ki, ötən ilin sentyabrında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi etirazlar bürüyüb. Bu səbəbdən ölkədə həbs və edam edilənlərin də sayında xeyli artım var. Hətta son günlərdə edam qərarlarının müəmmalı şəkildə çoxalması cəmiyyətdə qıcıq yaradıb. Məsələn, bir neçə gün öncə yayılan məlumata görə, cəmi 5 günə 19 etnik bəluc edam edilib. Mayın 5-də isə Zahidanda bəluçlar cümə namazından sonra küçələrə axışıblar. Etirazçılar əsasən "Siyasi və din xadimlərini həbsə atmaqla heç bir problem həll olunmur", "Mövlana Muradzehini həbsdən azad edin!" şüarları səsləndiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam