Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cənubi Koreya və Almaniya hərbi pakt imzalayacaq

Cənubi Koreya və Almaniya müdafiə sənayesində tədarük zəncirini gücləndirməyə kömək etməkdən ötrü hərbi sirləri qorumaq barədə razılaşmanı ən qısa zamanda hazırlamaq məsələsində razılığa gəliblər.
Yenixeber.org: Bu barədə razılaşma Almaniya Kansleri Olaf Şoltsun mayın 21-də Cənubi Koreyaya birgünlük səfəri zamanı Prezident Yun Sok Yol ilə görüşdə əldə olunub.
Görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Yun Sok Yol deyib: “Biz razılaşdıq ki, iki ölkənin müdafiə və silahlar sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir”.
Tərəflərin, həmçinin hidrogen, yarımkeçiricilər, bio və yaşıl enerji kimi qabaqcıl sənaye sahələri üzrə güclü ticarət və investisiya əlaqələrini genişləndirmək barədə razılığa gəldiyini deyən Cənubi Koreya lideri əlavə edib ki, dünya iqtisadiyyatdakı qeyri-sabitlik, geosiyasi münaqişələr, qlobal tədarük zəncirinin yenilənməsi ilə üz-üzə olarkən, Seul və Berlin tədarük zənciri üzrə əməkdaşlığı dərinləşdirəcək.
Qeyd edək ki, bu, Almaniya kanslerinin son 30 ildə Cənubi Koreyaya ilk rəsmi səfəridir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam