Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Saakaşvili Ukrayna oliqarxlarını “bandit” adlandırdı

 

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz facebook səhifəsində Dnepropetrovsk vilayətinin sabiq qubernatoru İqor Kolomoyskonun ittihamlarına cavab verib.

"Xeberinfo.com":   Məlumata görə, ukraynalı oliqarx bir az əvvəl Saakaşvilinin onun haqqında dediklərini şərh edərkən Gürcüstanın sabiq prezidentini “xaltasız it ” ilə müqayisə etmiş və bildirmişdi ki, onu yenidən Gürcüstana göndərmək lazımdır.

Saakaşvili isə ad çəkməyib, yalnız onun ittihamlarına istinad edib. Bildirib ki, o, oliqarxın dediklərini onu ələ almaq və etibardan salmaq cəhdləru uğrsuzluğa düçar olduğundan “birbaşa təhlükə” hesab edir.

Saakaşvili onu da xüsusi vurğulayıb ki, ukrayna xalqının on illərdən bəri azğın bandit hərəkətləri nəticəsində harınlaşmış bu oliqarxlara lazım olduqları yeri göstərəcəyinə inanır.

Xatırladaq ki, Saakaşvili bundan əvvəl Ukrayna baş nazirinin ünvanına da çox ciddi ittihamlar səsləndirmiş və bildirmişdi ki, Ukrayna hökumətini oliqarx maraqlar idarə edir.

virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam