Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Kiyevə hücum edib:Ölən və xəsarət alanlar var

Rusiya ordusu mayın 30-a keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib, ölən və xəsarət alanlar var.

Yenixeber.org: Ukraynanın bəzi vilayətlərində hava həyəcanı xəbərdarlığı elan edilib. Qeyd edilir ki, siqnallar Çerniqov, Kiyev, Jitomir, Çerkask və Kirovoqrad vilayətlərinin ərazisində səslənib. Kiyev regional hərbi administrasiyası pilotsuz uçuş aparatlarının hərəkəti barədə məlumat verib.

Paytaxtdakı partlayışlar barədə mer Vitali Kliçko da məlumat verib. O, daha sonra əlavə edib ki, hazırda bütün təcili yardım xidmətləri şəhərin Podolsk və Qoloseyevski rayonlarına göndərilib. Mer təfərrüatları açıqlamayıb.

Qeyd edilir ki, Kiyevin Darnitski rayonunda dağıntılar olub, yanğın başlayıb. Fərdi yaşayış evi yanıb. Bütün fövqəladə xidmətlər hadisə yerinə yola düşüb. Qoloseyevski rayonunda 27 yaşlı qadın xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Partlayışlar Peçersk və Podolsk vilayətlərində də baş verib.

Hücumlar zamanı 1 nəfər ölüb, ümumilikdə 3 nəfər xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam