Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Serbiya "Rafale" qırıcıları üçün raket almaq istəyir

 
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Belqrad hələ də Fransanın Dassault şirkətindən "Rafale" qırıcılarını almaqda qərarlıdır, lakin digər ölkələrdən təyyarə ilə bağlı silahlar almağı düşünür.
Yenixeber.org:  O, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Belqrad Fransa tərəfi ilə həm qırıcı təyyarələrin qiymətlərini, həm də digər dövlətlərlə müvafiq silahların qiymətini müzakirə edir. Vuçiç bildirib ki, Fransa ilə danışıqlarda onların qırıcılarında istifadə oluna biləcək raketlərin növü də müzakirə olunur.
O, Parisin “Meteor” hava-hava raketini NATO üzvü olmayan bir ölkəyə satmaq niyyətində olmadığını göstərib. Serbiya rəhbəri əlavə edib ki, "Rafale" təyyarələrinin alınması "Serbiyanı fərqli bir ölkəyə və daha böyük gücə çevirəcək" və maliyyə məsələsi müzakirə olunan sövdələşmənin problemlərindən biridir.
"Reuters"in məlumatına görə, bundan əvvəl o, qırıcıların alınmasını 3 milyard avro dəyərində qiymətləndirib. Fevralda Serbiya lideri Serbiya Silahlı Qüvvələrinin modernləşdirilməsinə, o cümlədən Fransanın “Rafale” qırıcılarının mümkün alışı üçün xərcləri artıracağını açıqlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam