Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyada azərbaycanlı İŞİD-çi həbs olundu

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk regional idarəsinin əməkdaşları ekstremisti saxlayıblar.

"Xeberinfo.com":   Azvision.az-a istinadən xəbərə görə, 19 yaşlı azərbaycanlı sosial şəbəkələr vasitəsilə ictimai qaydada terrorizmi dəstəkləyib. 


İstintaq-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkədəki səhifəsində açıq şəkildə insanların edam olunması video görüntülərini paylaşıb. 

Videom görüntülər paylaşmaqla yanaşı o, insanların qətlə yetirilməsi və terror aktlarının törədilməsinə dair çağırışlar, şərhlər də yazıb. 
Saxlanılan azərbaycanlıya qarşı iki cinayət işi qaldırılıb. 

Məlumatda, həmçinin bildirilir ki, o, günahını etiraf edir, aktiv şəkildə istintaqa yardım edir. 

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam