Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Sarkisyanın bəyanatını anlamaq çətindir"

 

Prezident Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. 

"Xeberinfo.com":  “Report”a istinadən xəbərə görə, bunu “Vestnik Kavkaza” nəşrinə müsahibəsində ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib.

"Sarkisyanın bəyanatı məni təəccübləndirir. Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə, müstəqil “Dağlıq Qarabağ respublikası” mövcuddur, onun “vətəndaşlar”ı öz liderini özü seçir, “o”, öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır”, – deyə ekspert təəccübünü ifadə edib.

“Prezident Sarkisyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir, məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib. Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də, bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər”, – deyə Metyu Brayza bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam