Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

""İŞİD"-in bütün obyektləri atəşə tutulub"

 

Rusiyanın Xəzər donanmasının gəmiləri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İŞİD-in Suriyadakı obyektlərini atəşə tutub.

 

"Xeberinfo.com":   RİA Novosti-yə istinadən məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

Onun sözlərinə görə, bütün hədəflər vurulub: "Təqribən 1500 kilometr məsafədən bütün nəzərdə tutulan hədəflərin vurulması müdafiə sənayesi müəssisələrinin yaxşı hazırlığından və şəxsi heyətin yaxşı təlim keçməsindən xəbər verir".

V.Putin qeyd edib ki, belə növ münaqişələr siyasi məsələlərin həll edilməsi ilə başa çatmalıdır: "Rusiyanın Hava Kosmik Qüvvələri Suriya ordusunun quruda İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək".

Prezident əlavə edib ki, Suriyada əməliyyatların nəticələrinə yekun vurmaq tezdir, lakin artıq görülmüş işlər yüksək müsbət qiymətə layiqdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam