Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropa Birliyi Belurusdan sanksiyalarını götürür

Avropa Birliyi Belurusdan sanksiyalarını götürür

 

 

 
Həftənin sonuna qədər 14 şirkət və 171 məmur sanksiyalardan azad oluna bilər
"Xeberinfo.com":   Məlumata görə, Avropa Birliyi bu həftənin sonuna qədər Belorusiyaya qarşı tətbiq edirlən sanksiyaları dayandırmağa hazırlaşır. Xəbəri Radio Liberty-nin Bressel müxbiri Rixard Yozvyak Twitter hesabından yayıb.
Yozvyakın əldə etdiyi bilgiyə görə, Avropa Birliyi Belorusun 14 şirkəti üzərindən sanksiyaları tamamilə götürməyi qərara alıb. Sanksiya tətbiq olunan 175 Belorus məmurundan 171-ə də qadağalardan azad olunacaq: “Sanksiyalar cəmi 4 nəfər üzərində qalacaq. Digər 171 nəfər ilkin olaraq 4 aylığa sanksiyalardan azad ediləcək”.
Belorusda keçirilən son prezident seçkisindən sonra Avropa Birliyinin prezident Aleksandr Lukoşenkoya tətbiq edilən sanksiyanı götürəcəyi xəbərləri yayılmışdı. Hələlik üzərində sanksiya qalacaq 4 məmurun kimliyi bilinmir. Digər Belorus məmurları isə sanksiyalar götürüldükdən sonra Avropa Birliyinə gedə biləcək, onların dondurulan bank hesabları açılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam