Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kiyevdə küçə döyüşləri gedir

    "xeberinfo.com": Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb.
     “Ukrainskaya pravda” saytının yaydığı məlumata görə, bunu “Batkivşina” (Vətən) Partiyasının deputatı Lesya Orobets özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, Zabitlər Evinin tibbi məntəqəsində 3 nəfərin meyiti var, 7 yaralı isə ölüm ayağındadır.
       L.Orobets yaralıların ilk tibbi yardım ala bilmədikləri üçün öldüklərini söyləyib: “Təcili yardım maşınlarının bura girib-çıxmasına imkan verilmir. Vaxtında tibbi yardım ala bilməyən insanlar ölür...”
       Qeyd edək ki, bu gün səhər Kiyevin Mariinsk parkında və Qruşevsk küçəsində Ali Radanın binasına doğru yürüş edən nümayişçilərlə “Berkut” xüsusi təyinatlıları arasında toqquşmalar olub. Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silahdan istifadə etdikləri bildirilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam