Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezident müxalifəti hədələdi

 

    

    "xeberinfo.com" Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Viktor Yanukoviç bəyan edib ki, müxalifət liderləri vətəndaşları silahlı müqavimət göstərməyə çağırmaqla sərhədləri aşdı və bunun üçün məsuliyyət daşıyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Bu barədə dövlət başçısının rəsmi saytında yerləşdirilmiş müraciətində deyilir.

     Bir qədər əvvəl bəzi kütləvi informasiya vasitələri müxalifət liderlərinin ölkə əhalisini odlu silahla Maydana çıxmağa çağırdıqlarını xəbər vermişdi.

        Prezidentin müraciətində deyilir: "Onlar (müxalifət liderləri) adamları silaha sarılmağa çağırmaqla sərhədləri keçdilər. Bu isə görünməmiş qanun pozuntusudur. Qanunu pozanlar məhkəmə qarşısında dayanmalıdırlar və onlara cəza kəsilməlidir".

Yanukoviç, həmçinin məsələlərin dinc yolla nizamlanması tərəfdarlarını qan tökülməsinə təhrik edən radikal qüvvələrdən uzaqlaşmağa çağırıb.

Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib.

Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam