Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyadan təyyarələrə "uçuş təhlükə"si xəbərdarlığı

 

Rusiya aviaşirkətlərinə uçuş təhlükəsi olan 47 ölkənin siyahısı təqdim olunub.


Xeberinfo.com:    Məlumata görə, Mülki Aviasiya Xidmətinin tərtib etdiyi siyahıya 47 ölkə daxil edilib. Siyahıda Azərbaycanın da adı var.


Siyahı belədir: Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka.


Xəbərdarlıqda deyilir ki, bu ölkələrə uçuşlar zamanı aviaşirkətlər yüksək təhlükəsizlik tədbirləri həyata keçirməlidir. Siyahıya daxil olan ölkələrin aeroportlarında su ehtiyatı və ərzaq tədarükü götürməsinlər. Həmçinin, həmin ölkələrin aeroportlarında texniki xidmətdən istifadəni mümkün qədər məhdudlaşdırsınlar.

 

Maraqlıdır ki, siyahıda hava limanında yüksək təhlükəsizlik tədbirləri həyata keçirilən Azərbaycanın da adı var. Əvəzində nə Ermənistanın, nə də Rusiyanın pis münasibətləri olan Ukrayna və Gürcüstanın adı siyahıya salınmayıb. Siyahının xüsusən müsəlman ölkələrindən ibarət olduğu da nəzərdən yayınmır.


Qeyd edək ki, bu xəbərdarlıq Rusiya sərnişin təyyarəsinin Misirin Sina yarımadası üzərində İŞİD tərəfindən partladılması ilə bağlıdır. Partlayış nəticəsində təyyarənin 7-si ekipaj üzvü olmaqla 224 nəfər həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam