Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

NATO-da fövqəladə toplantı çağırıldı

Brüsseldə NATO Şurasının Türkiyə hava məkanını pozması səbəbindən Rusiya məxsus qırıcı təyyarənin vurulması ilə bağlı fövqəladə toplantısı başlayıb.

Xeberinfo.com:   Məlumata görə, Türkiyənin istəyilə ilə keçirilən iclada NATO baş katibi və Alyansa üzv ölkələrin səfirləri qatılıb.

Toplantıda Türkiyə Rusiya qırıcısının vurulması ilə bağlı məlumat verəcək və ölkənin hava məkanını pozduğunu özündə əks etdirən radar izlərini üzv ölkələrə təqdim edəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"-ü zərərsizləşdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam