Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Ölən pilot "Rusiya qəhrəmanı" oldu

Rusiya prezidenti Vladimir Putin Suriyada həlak olan “Su-24” təyyarəsinin komandirinə ölümündən sonra “Rusiya qəhrəmanı” ulduzunun verilməsi haqqında qərar qəbul edib.

Xeberinfo.com:  Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya liderinin özü bildirib. 


Onun sözlərinə görə, xilas edilərək Xmeyim bazasına gətirilən Rusiya şturmanına da dövlət mükafatları veriləcək. 

“O, xilas edilib, hesab edirəm ki, hazırda o hərbi bazadadır. Ona, həmçinin xilasetmə əməliyyatları da daxil olmaqla əməliyyatlara iştirak edən şəxslərə dövlət mükafatları veriləcək. Müdafiə Nazirliyi bununla bağlı təklif irəli sürüb”, - deyə Putin qeyd edib. 

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam