Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiya Türkiyəyə sanksiya tətbiq etdi

 

Rusiyanın baş naziri Dimitri Medvedev hökumətə Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini göstəriş verib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Sanksiya tədbirlərinə iqtisadi sahədə əməkdaşlıq proqramlarının dayandırılması, maliyyə əməliyyatlarının məhdudlaşdırılması, gömrük rüsumlarının dəyişdirilməsi, yükdaşıma və humanitar əlaqələr sahəsində tədbirlər daxildir.

Rusiyanın İqtisadi İnkişaf naziri Aleksey Ulyukaev noyabrın 26-da bildirib ki, Rusiya Türkiyə ilə bir sıra sərmayyə və ticarət razılaşmaları üzərində işi dayandırır. Bura “Türk axını” layihəsi və Atom Elektrik Stansiyası da daxildir.

Rusiya Türkiyənin yük maşınlarını da buraxmır. Gürcüstanla Rusiyanı birləşdirən əsas magistral yol demək olar ki, bağlanıb. Rusiya sərhədçiləri Türkiyədən gələn iri tonnajlı yük maşınlarını buraxmırlar.

Bu barədə Azadlıq Radiosunun müxbiri Georgi Kobaladze məlumat verir. Onun sözlərinə görə iki ölkə arasındakı neytral zonaya Türkiyə nişanlı yüzlərlə yük maşını yığışıb. Sərhədçilər bunu yüklərə nəzarətlə bağlı əlavə tədbirlərlə izah edirlər. Sürücülər isə deyirlər ki, onlara sadəcə geri qayıtmaq göstərişi verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam