Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyada güclü yanğın: 21 ölü

 

Rusiyanın Voronej vilayətində psixonevroloji internatda güclü yanğın hadisəsi baş verib.

Xeberinfo.com:   Məlumata görə, yanğın nəticəsində 21 nəfər dünyasını dəyişib.

Yanğınla bağlı araşdırma aparan Rusiya İstintaq Komitəsinin məlumatına görə, iki korpusdan ibarət internatda ümumilikdə 140 xəstə olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər 19 yanmış cəsəd aşkarlayıblar. 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Gecə saatlarında başlayan yanğın nəticəsində 23 nəfər xəsarət alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Lakin ilkin versiya açıqlanıb. Rusiya İstintaq Komitəsinin ilkin ehtimalına görə, yanğın elektrik naqillərindəki qısa qapanma nəticəsində baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam