Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistanda etirazlar davam edir

Ermənistanda müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək.

Xeberinfo.com:   HAK rəsmisi Levon Zurabian dekabrın 14-də “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, onlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, referendum nəticəsində ölkə prezident üsul-idarəsindən parlament sisteminə keçib.

Müxalifət referendumda saxtakarlıqların baş verdiyini bildirir. Narazılar etiraz aksiyaların davam edəcəyini bəyan ediblər.

Onu da qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 13-də konstitusiyaya dəyişikliklərin qəbul olunduğunu bəyan edib. Komissiya müxalifətin iddialarını da rədd edib, “referendumun nəticələrinə təsir göstərəcək pozuntuların baş vermədiyini” deyib.

Müxalifət isə iddia edir ki, dəyişikliklərdə məqsəd prezident Serj Sərkisyanı 2018-ci ildən sonra da prezident postunda saxlamaqdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam