Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Özünüzü xilas edə bilməyəcəksiniz” - VİDEO

52089819erdogan

“Köhnə Türkiyənin yolunu dəyişdirmək asan idi. Amma yeni Türkiyəyə bunu kimsə etdirə bilməz”.

Xeberinfo.com:  Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı Türkiyə-Rusiya münasibətlərinin pozulduğu bir vaxtda Moskvaya səfər edən Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşı sərt tənqid edib: “Biri Moskvaya gedərək nəsihətlər alır. Onun arxasındakı terror təşkilatına kömək edəcəklərmiş. Nə etsələr əbəsdir. Bizə Allah bəs edər, o gözəl bir vəkildir. Çanaqqaladakı ruhlarla mübarizə aparırıq. Vətən torpağının nə bir qarışını verərik, nə də layihələrimizdən geri çəkilərik”.
Ərdoğan Türkiyədə kürd probleminin deyil, terror probleminin olduğunu bildirib.

Səudiyyə Ərəbistanı və İran arasındakı qarşıdurmaya toxunan Ərdoğan edam qərarlarının Səudiyyənin daxili işi olduğunu deyib: “Bu oyunun arxasında regional güc olmaq istəyi var. Səudiyyənin İraq və İrandakı səfirliklərinə hücumlar nə deməkdir? Edam qərarları Səudiyyə Ərəbistanının daxili işidir. Qırx altı nəfər edam edilib. Bunlardan yalnız üçü şiə idi. Misirdə minlərlə insan edam edilib. Dünya buna səsini niyə çıxarmır? Dörd yüz min insanın qətlinə hər cür dəstək verirsən. Bundan özünüzü xilas edə bilməzsiniz”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam