Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyədə qanlı terror: 5 ölü, 39 yaralı

 

PKK terrorçuları polis idarəsinə, onlaçrın qaldıqları binaya basqın ediblər.
Türkiyənin Diyarbəkir vilayətində terror hadisəsi zamanı ölənlərin sayı artıb.

Xeberinfo.com:  Ən son məlumata görə, 5 nəfər terrorun qurbanı olub. 39 nəfər yaralanıb. “İHA”ya məlumata görə, vilayətin Çinar rayonunda PKK terrorçuları eyni anda 3 müxtəlif yerə hücum edib.

Yerli vaxtla saat 23.30-da (Bakı vaxtıyla 01.30) terrorçular polis şöbəsi, jandarma idarəsi və polislərin xidməti mənzillərinə qumbaraatan, iri çaplı silah və küstar üsulla hazırlanmış bomba ilə hücum ediblər. Təhlükəsizlik qüvələrinin cavab atəşi ilə tərəflər arasında insident baş verib.

Hücum nəticəsində polis idarəsinin binasına böyük ziyan dəyib, 2 mərtəbəli bina çöküb.

Gecə baş verən hadisə ilə bağlı həkimlər təcili işə çağırılıblar.

Qeyd edək ki, bu son iki gündə baş verən ikinci terror aktıdır. Yanvar ayının 12-də Türkiyənin İstanbul şəhərində, Sultan Əhməd məscidi qarşısında güclü partlayış olub.
İŞİD üzvü olduğu deyilən şəxs özünü turist qrupunun yaxınlığında partladıb. Hadisə nəticəsində 10 alman turist ölüb, 15 nəfər yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam