Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Papa Patriarxla görüşdü: 962 ildən sonra baş tutan tarixi görüş

papa-patriarxDünən axşam Kubanın paytaxtı Havanada katolik və pravoslav kilsələrinin liderləri arasında tarixi görüş baş tutub.

Xeberinfo.com:  BBC xəbər verir ki, 11-ci əsrdə xristianlığın Qərb və Şərq qollarına ayrılmasından sonra bu, kilsə rəhbərlərinin ilk görüşü olub.

Havanadakı Xose Martin hava limanında baş tutan 2 saatlıq görüşdən sonra papa Fransis və rus-pravoslav kilsəsinin rəhbəri Kiril 30 maddəlik sənəd imzalayıblar.

Mətbuat konfransında Rus Pravoslav Kilsəsinin rəhbəri görüşün “qardaşlıq” şəratində keçdiyini bildirib. Roma Papası da danışıqları “çox səmimi” adlandırıb.

Sənəddə kilsələrin dağıdılması, Avropanın xristian köklərinə bağlı qalması, Afrikadakı xristianların məruz qaldığı zorakılıq, eləcə də digər qlobal problemlərə toxunulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam