Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tehranda seçkilərin nəticələri açıqlandı

İranda cümə günü keçirilmiş ölkə parlamentinə və Ekspertlər Şurasına seçkilərin Tehran üzrə yekun nəticələri açıqlanıb.

 

Xeberinfo.com:  TASS xəbər verir ki, səs çoxluğu İran ruhanilərinin mötədil qanadının təmsilçilərinin tərəfində olub. Belə ki, Qərarların məqsədəuyğunluğu üzrə şuranın sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olmuş Əli Əkbər Haşimi-Rəfsəncani və hazırki prezident Həsən Ruhani qalib gəliblər. İRNA agentliyi Tehrandan Ekspertlər Şurasına seçilmiş 16 din xadiminin siyahısını dərc edib.

Ekspertlər Şurasının hazırki sədri, ultrakonservatorların nümayəndəsi hesab edilən ayətullah Məhəmməd Yəzdi 15-ci yeri tutub.

Seçkilərdə Tehranda yaşayan seşki hüququ olan vətəndaşların təxminən 48%-nin iştirak etdiyi bildirilir. Ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Tehranda 3,9 mln nəfər seçkidə iştirak edib ki, bu da səsvermə hüququ olan əhalinin 48%-nə bərabərdir.

İran prezidenti deyib ki, seçkinin nəticələrindən asılı olmayaraq, İran xalqı və dövləti ondan qalib kimi ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam