Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan bu dəfə İsraildən Azərbaycana silah satmamağı tələb etdi

890

 

Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası təqdim etmək üçün ötən həftə Yerusəlimə gedib.

Xeberinfo.com:  Bu barədə yerli “Haaretz” qəzeti yazıb.
Məlumata görə, XİN-in “Avrasiya” şöbəsinin rəhbəri Dan Oriyanın aldığı sənəddə Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.
XİN-dəki yüksək vəzifəli mənbənin nəşrə verdiyi məlumata görə, sənəddə, xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus “Harop” pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur.
“Haaretz” yazır ki, Melkonyan İsrail diplomatları ilə söhbətinin məzmunu barədə məlumat verməkdən imtina edib. Eyni zamanda o, qəzetin məlumatında göstərilən detalları da təkzib etməyib.
İsrail XİN-in mətbuat xidməti bu barədə şərh verməkdən imtina edib.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və “Israel Aircraft Industries” (IAI) şirkəti arasında “Harop” kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam