Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sabiq prezident 25 illiyinə həbs edildi

 

Kurmanbek Bakiyevin oğlu isə ömürlük azadlıqdan məhrum edilib

   "xeberinfo.com": Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev Böyük Britanıya vətəndaşı, iş adamı Şon Deyliyə qarşı sui-qəsdin təşkilində təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilib.

    Əldə etdiyimiz məlumata görə, Bişkek şəhərinin "Pervomayskı" rayon məhkəməsinin verdiyi qərara əsasən, sabiq prezident 25 il müddətinə qiyabi həbs edilib.

     Britaniyalı iş adamına qarşı sui-qəsdin təşkilində prezidentin oğlu Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Maksim, qardaşı Dövlət Mühafizə Xidmətinin rəhbəri Canıbek Bakiyev də təqsirli bilinirərək ömürlük azadlıqdan məhrum ediliblər. K.Bakiyevin birinci evliliyindən olan oğlu Marata isə 20 il həbs cəzası kəsilib.

     Qeyd edək ki, məhkəmə Kurmanbek Bakiyevi 25 il qiyabi həbs cəzası versə də, Qırğızıstan baş prokurorluğu sabiq prezidenti digər cinayətlərdə təqsirli bilib və ona ömürlük həbs cəzasının verilməsini tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam