Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Rusiya hərbi xərclərini artıracaq"

Putin:

 

 

Rusiya prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rumıniyaya yerləşdirdiyi raket əleyhinə sistemi aktiv vəziyyətə gətirməsinə münasibət bildirib. 
 
Xeberinfo.com:   BBC-yə istinadən məlumata görə, Rusiya prezidenti bildirib ki, ölkəsi üçün ortaya çıxan bütün təhdidlər dəf ediləcək: “ABŞ-nın raket əleyhinə sistemi Rusiyanın nüvə gücünü azaltmağı hədəfləyib. Buna görə də Rusiyada hərbi xərclər artırılacaq”.
ABŞ prezidenti Barak Obama öz növbəsində Rusiya hərbi sisteminin aqressiyasının get-gedə artmasından narahat olduqlarını bildirib.
NATO isə, Rumıniyaya yerləşdirdiyi raket əleyhinə sisteminin şərqdə baş verə biləcək bütün mümkün təhdidlərin qarşının alınması məqsədi ilə yerləşdirildiyini iddia edib.
ABŞ Rumıniyanın şərqindəki Deveselu bölgəsində quraşdırılan 800 milyon dollarlıq sistemi mayın 12-də aktiv vəziyyətə gətirib.
Qeyd edilən ölkədə təşkil edilən bir məclisdə NATO baş katibi Yens Stoltenberq və təşkilata üzv dövlətlərin rəsmiləri qatılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam