Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Azərbaycan Rusiyanın müttəfiqi deyil”

 

Aleksey Pavlovski: Azərbaycanla münasibətimiz strateji tərəfdaş xarakterlidir

 

Xeberinfo.com:  “Rusiya Ermənistanın müttəfiqidir. Azərbaycanla münasibətimiz isə belə deyil, strateji tərəfdaş xarakterlidir”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin, direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə deyib.
“Hər iki sözün mənası aydındır. Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı şəkildə əməkdaşlıq edirik. Strateji tərəfdaşlıq isə qarşılıqlı əməkdaşlığın uzunmüddətli olduğu deməkdir. Rusiya-Azərbaycan münasibətlərinin əsasında coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyadakı böyük Azərbaycan diasporu kimi obyektiv amillər durur. Biz bu münasibətləri strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Biz Ermənistanla hərbi-siyasi müttəfiqik. Bizim hərbi sahə də daxil olmaqla bir sıra qarşılıqlı yardım üzrə müqavilələrimiz var. Məhz, bu fərqə görə, Rusiyanın Ermənistana və Azərbaycana münasibəti eyni səviyyədə deyil. Bunun əksini demək tamamilə səhvdir”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin bir müddət əvvəl deyib: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır”. Onun bu açıqlaması Ermənistanda hay-küyə səbəb olmuşdu. Erməni ictimai xadimləri hətta Azərbaycanla bu münasibətə görə, Rusiyanı “satqın” da adlandırmışdılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam