Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Türkiyə silahlı münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış edir”

Recep_Tayyip_Erdogan_150412_albom_5

Dünya birliyi silahlı münaqişələrin yaranmasının qarşısını almalıdır.

Xeberinfo.com:    “TRT Haber” telekanalına istinadən məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünya birliyi, həmçinin bu münaqişələrin nizamlanması üzrə fəal səylər göstərməlidir.

Prezident qeyd edib ki, Türkiyə silahlı münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış edir.

R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Ümumdünya Humanitar Sammiti humanitar böhranın nizamlanmasına vacib töhfə verəcək.

O əlavə edib ki, Türkiyə Suriya qaçqınlarına fəal kömək edən ölkələrdən biridir: “Türkiyə suriyalı qaçqınların saxlanılmasına 10 milyard dollar xərcləyib, ölkədəki suriyalı qaçqınların sayı 3 milyon nəfərdir. Dünya birliyi isə suriyalı qaçqınların saxlanılmasına 455 milyon dollar ayırıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam