Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Biz Azərbaycanla əlaqələri dərinləşdirəcəyik”

ivanasvili

 

Gürcüstan üçün xarici kurs və oriyentir – Avroatlantik istiqamətdir
Gürcüstanın keçmiş baş naziri, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili Azərbaycanla münasibətləri dərinləşdirməyə çağırıb.
Xeberinfo.com:  Məlumata görə, bu barədə B.İvanişvilinin açıq məktubunda deyilir.
“Biz Gürcüstanın maraqlarına toxunmadan, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, biz mühüm partnyor və dostlarımız – Türkiyə, Azərbaycan və Ermənistanla əlaqələrimizi dərinləşdirəcəyik”, – məktubda deyilir.
Keçmiş baş nazir vurğulayıb ki, Gürcüstan üçün xarici kurs və oriyentir – birmənalı olaraq Avroatlantik istiqamətdir.
“Biz yaxşı anlamalıyıq ki, Gürcüstanın Avropa İttifaqına qəbulu məsələsi yaxın gələcəkdəki gündəlikdə yoxdur. Biz NATO-ya üzv olmaq üçün də müəyyən vaxt gözləməliyik, çünki bu mürəkkəb geosiyasi prosesin bir hissəsidir və bizim arzumuz və hazırlığımızdan asılı deyil”, – B.İvanişvili yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam