Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Ermənistan Rusiyanın raket sistemindən geniş istifadə edəcək”

russian rocket system

 

Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişdə Dağlıq Qarabağın adı çəkilmir. 

 

Xeberinfo.com:  Məlumata görə, bu barədə Ermənistan parlamentinin vitse-spikeri və hakim Respublika partiyasının mətbuat katibi Eduard Şarmazonov  bildirib.

 

“Bu sazişdə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur”, – deyə Şarmazonov Respublika partiyasının İcraiyyə orqanının iclasından sonra jurnalistlərə bildirib.

 

O qeyd edib ki, qeyd olunan saziş Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə sistemindən geniş istifadə imkanı verəcək.

 

Vitse-spikerin sözlərinə görə, saziş layihəsi, daha çox, onun mətni ilə tanış olmayan şəxslər tərəfindən tənqid olunur. “Sazişdə söhbət Rusiyanın Belarus və Qazaxıstanla olan müqavilədəki kimi “vahid” RƏM sistemindən deyil, Rusiya və Ermənistanın “birləşmiş” RƏM sistemindən gedir. Bu o deməkdir ki, tərəflər öz müstəqilliyini qoruyub saxlayacaq”, – deyə Şarmazonovun sözlərini “Sputnik-Ermınistan” sitat gətirir.

 

Eduard Şarmazonovun sözlərinə görə, saziş onu nəzərdə tutur ki, ümumi sərhədi olmayan tərəflər Ermənistanın ərazisində ümumi sistemə malik olacaqlar və bu sistem Ermənistan Silahlı Qüvvələrinin vəzifəli şəxsi tərəfindən idarə olunacaq.

 

Qeyd edək ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin (KMTM) baş katibi Nikolay Bordüja iyunun 8-də İrəvanda təşkilatın Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin iclasından sonra bildirib ki, Rusiya və Ermənistanın birgə Raket Əleyhinə Müdafiə Sisteminin yaradılması layihəsi hər iki ölkənin qanunvericilik səviyyəsində nəzərdən keçirilir.

 

Qeyd olunan sistemin yaradılması haqqında saziş 2015-ci ili dekabrında Ermənistan və Rusiya müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu tərəfindən imzalanıb.   (APA, RİA Novosti)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam