Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Aktobedəki terroru sələfilər törədib"

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.

Xeberinfo.com:  Məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib.

Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub: "Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək".

Qazaxıstan prezidenti bildirib ki, Aktobedəki terrorçuların, demək olar ki, hamısı zərərsizləşdirilib. O, qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısını tapacaq və onlar cəzalandırılacaq.

Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam