Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Rusiyalıların cəmi 3%-i Azərbaycanı dəstəkləyir” – Sorğu

russian-military-base-armenia

 

Rusiya vətəndaşlarının 70%-i bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.
Xeberinfo.com:   APA-nın “kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Levada” sorğu mərkəzinin məlumatında deyilir.
Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11%-i hadisələri izlədiyini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib.
Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.
Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i Türkiyə, 4%-i Ermənistan olduğunu bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam