Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

28 iş adamı saxlanıldı - Türkiyədə

Türkiyə polisi İstanbul, Kayseri, Konya və Muğla vilayətlərində genişmiqyaslı əməliyyat keçirib.

Xeberinfo.com:   Türkiyə KİV xəbər verir ki, İstanbul Şəhər Polis İdarəsinin Maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat çərçivəsində 25 ev, 2 ofis və 1 şirkətdə axtarış aparılıb, 28 nəfər saxlanılıb. Onlardan 6-sı qadındır, 23 nəfər isə axtarışa verilib.

Bundan əlavə, Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının (TUSKON) başqanı Rıza Nur Meral, MARİFED başqanı İbrahim Halil Avcı, FİADER başqanı Çetin Ekincioğlunun da aralarında olduğu 51 nəfər barəsində “himmət” adı altında maliyyə dəstəyi təmin etdikləri üçün həbs qərarı çıxarıldığı məlum olub.

Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən şübhəlilərin iş adamlarından “himmət” adı altında yardım topladıqları və pulların “Bank Asiya”da açılan bir hesaba yatırıldığı müəyyənləşib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam