Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bağdadda partlayış: ölü sayı 165-ə çatdı

Son məlumata görə, İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb, 168 nəfər yaralanıb.

Xeberinfo.com:   Məlumatı RİA Novosti agentliyi yayıb.

*   *   *17:07

Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Məlumata görə , bu barədə bazar günü güc strukturlarındakı mənbələrə istinadən "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

İnformasiya, hələ ki, öz rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, bundan əvvəl ölənlərin 83 nəfər olduğu, 200-dən çox insanın yaralandığı bildirilirdi.

*   *   *12:42

İraqın paytaxtı Bağdadın mərkəzi məhəllələrindən birində avtomobilin partladılması nəticəsində 80 nəfərə yaxın adam ölüb, 125-dən çox insan yaralanıb.

Xarici KİV-ə istinadən xəbərə görə , İraq rəsmi dairələrinin məlumatına əsasən partlayış sakinlərin Ramazan ayının başa çatması münasibətilə bazarlıq etdikləri Karrada məhəlləsində törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam