Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış: ölənlər var - VİDEO

Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış baş verib, ölənlər var - VİDEO

 

 

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.
 
Xeberinfo.com:   Məlumata görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.
 
Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.
 
Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb.  
 
***
 
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında güclü partlayış baş verib.
 
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.
 
İlkin məlumata görə, terrorçu-kamikadze məscidin girişindəki nəzarət-keçid məntəqəsində partlayıcı qurğunu işə salıb.
 
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. 
 
Peyğəmbər məscidi Məkkədəki Əl-Həram məscidindən sonra müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam