Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu gün Varşavada NATO sammiti başlayır

Bu gün Polşanın paytaxtı Varşavada NATO sammiti başlayır.

Xeberinfo.com:  Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATOsərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam