Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Dağlıq Qarabağ Azərbaycanın torpağıdır"

"Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır".

Xeberinfo.com:   Bunu Türkiyənin baş naziri Binali Yıldırım Ankarada mətbuat nümayəndələri ilə görüşdə bildirib.

Türkiyə KİV xəbər verir ki, B.Yıldırım deyib: "Heç kimin keçmişi tərtəmiz deyil. İraq işğal olunandan 10 il sonra “bağışlayın, biz səhv işğal etdik” deməklə ölən 1 milyon şəxsin hesabı necə veriləcək? Ermənilər nə edirsə etsin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var”.

Baş nazir qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. İllərdir ki, bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam