Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İrəvanda vəziyyət gərginləşir - Qiyamçılar təslim olmur

 

 

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup bəyan edib ki, hazırda hakimiyyətlə danışıqlarda vasitəçi qismində çıxış edən Dağlıq Qarabağ separatçı rejiminin nümayəndəsi Vitali Balasanyan bundan sonra vasitəçi missiyasını həyata keçirməyəcək.
Xeberinfo.com:  
APA-ya istinadən xəbərə görə , bunu polis binasını zəbt etmiş silahlı qrupun üzvü Varujan Avetisyan deyib.


Buna səbəb kimi, Vitali Balasanyanın silahlı qrupla görüşə gələn mətbuat nümayəndələrinin işinə mane olması qeyd olunub. 

“Biz vasitəçilik etmələri üçün digər şəxslərlə danışıqlar aparırıq. Vasitəçinin adı aparılan danışıqlardan sonra elan olunacaq”, - deyə Avetisyan bildirib. 

Bundan əvvəl silahlı qrup təslim olmaq niyyətində olmadığını bəyan edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam