Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Polisin daha bir maşını yandırıldı

 

Yerevanda post-patrul alayının binasını ələ keçirən silahlı qrupun üzvləri bu gün daha bir polis avtomobilini yandırıblar.

Xeberinfo.com:  Bu barədə “Sputnik” məlumat yayıb.

Ermənistan Polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan agentliyə "Samand" markalı maşının yandırıldığını bildirib.

Xatırladaq ki, qiyamçılar dünən polisin "Chevrolet" markalı avtobusunu, srağagün isə "Qazel" markalı mikroavtobusunu yandırmışdılar.

Onu da xatırladaq ki, Yerevanda gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.

"Yeni Ermənistan" və "Təsis Məclisi” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam