Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi” - VİDEO


 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “ATV”nin “A-haber” proqramında qonaq olub.

Xeberinfo.com:   Türk mətbuatına istinadən məlumata görə, 15 iyulda çevrilişə cəhd prosesindən sonra ilk dəfə telekanalda qonaq olan prezident “Sabah” qəzetinin yazarları Melih Altıntokla Hilal Kaplanın suallarını cavablandırıb və qiyam gecəsi baş verənləri danışıb.

Türkiyə lideri 15 iyul gecəsində Avropa liderlərindən ona çoxsaylı zənglər gəldiyini bildirib.

“Mənimlə ilk əlaqə saxlayan Qətər əmiri oldu. O, bir dəfə deyil, dəfələrlə mənə, enerji və təbii ehtiyatlar nazirinə zəng edərək kömək təklif etdi. İkinci gün Rusiya prezidenti Vladimir Putin, daha sonra ABŞ lideri Barak Obama mənlə telefon əlaqəsi saxladı. Avropa ölkələrindən bəzi liderlər zəng etdi. Lakin zəng edənlər ancaq bunu deyirdilər: “Sizi qiyama qarşı apardığınız mübarizəyə görə təbrik edirik”. Lakin o prezidentlərin heç biri əziyyət çəkib Türkiyəyə gəlmədi, nə də ki, hər hansı nazirini, rəsmi nümayəndəsini bura göndərmədi”.

Qeyd edək ki, Ərdoğanın qatıldığı proqram reytinq sırasında birinci olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam