Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Konstitusiyaya 60 maddə üzrə dəyişikliklər ediləcək”

 

binali_yildirim_010616

Türkiyənin Baş naziri Binəli Yıldırım CNN Türk televiziyasına müsahibəsində yaxın günlərdə ölkə Konstitusiyasına dəyişikliklər ediləcəyini, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib.

Xeberinfo.com:   Türkiyənin Baş naziri qeyd edib ki, Konstitusiyaya 60 maddə üzrə dəyişikliklər ediləcək.

Çevrilişə dəstək verən qurumlarla bağlı gərgin iş aparıldığını bildirən Baş nazir diqqətə çatdırıb ki, saxlanılanların və həbs edilənlərin ifadələrindən hər gün yeni məlumatlar əldə olunur. O, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Xidmətinin daha da təkmilləşdiriləcəyini bildirib. Həmçinin qeyd edib ki, çevriliş cəhdindən sonra 3 min 499 nəfər istefaya göndərilməklə, ümumilikdə 62 min nəfər işindən kənarlaşdırılıb.

Türkiyədə dövlət çevrilişi ilə əlaqəsi olan hər kəs dövlət qurumlarından xaric edilməlidir. Son hadisələrin iştirakçıları arasında on minlərlə yüksək vəzifə sahibi var. Dövlət çevrilişinə cəhd zamanı Türkiyə dünya demokratiyasının indiyədək görmədiyi fərqli mənzərəni ortaya qoydu.

Bu fikirləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Meksika televiziyalarına müsahibəsində deyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam