Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Suriyadakı addımlara dair ABŞ-ın bəyanatları yolverilməzdir"

ankara-atakule_01

Ankara Türkiyənin Suriyada keçirdiyi “Ərəfat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

Xeberinfo.com:  “RİA Novosti”yə istinadən xəbərə görə, bu barədə TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiç bildirib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.

ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın “demokratik qüvvələrinə” qarşı addımlarının tənqid etmək niyyətindədir.

“Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik”, – deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam