Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Putinin Ukrayna ilə bağlı dəqiq planı var”

 

 

    “Qərbin hərəkətə keçməməsi Putinə işğal kampaniyasını davam etdirməyə əlavə güc verir”.  

 

    "xeberinfo.com": Məlumata görə, bu sözləri keçmiş Kremlin məsləhətçisi Andrey İllarionov söyləyib.   

     Onun sözlərinə görə, Putinin Ukraynanın işğalı ilə bağlı dəqiq planı mövcuddur: “Putin artıq müharibəyə start verib və o, çoxşaxəli müharibə aparır - ticarət, maliyyə, psixoloji və hətta terror müharibəsi. Putin əmindir ki, Qərb ona hərb yolu ilə cavab verməyəcək. Ancaq sözlərlə və müxtəlif sanksiyalar tətbiq etməklə qorxutmağa çalışır. Qərbin belə addımları Putinin heç vecinə də deyil. Rusiya prezidenti müharibəyə hazırdır, lakin Ukraynaya qarşı. NATO-nun qoşunlarını Ukraynada yerləşdirmək kifayətdir ki, Putin heç barmağını belə tərpətməsin”.   
   Andrey İllarionov Putinin NATO-nun qoşunlarına qarşı heç vaxt atəş açmayacağını vurğuladı: “Putin heç vaxt NATO qoşunlarına atəş açmaq əmri verməyəcək. Putinin planlarında Ukraynanın səkkiz cənub və şərq bölgəsini Rusiyaya birləşdirmək var. Bu planı həyata keçirmək üçün o vətəndaşlarının da həyatını qurban verməyə hazırdır”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam