Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Türkiyə xəritədə Ermənistan və Kürdüstan arasında bölündü

Kosovonun Prizren şəhərində məktəblərə Türkiyə sərhədlərinin təhrif olunduğu coğrafi xəritələr paylanıb. Türkiyənin Şərqi Anadolu bölgəsinin Ermənistan, Cənubi Şərqi Anadolu bölgəsinin isə Kürdüstan olaraq göstərilməsi böyük etiraza səbəb olub.

Xeberinfo.com:   Türkiyə mətbuatına istinadən xəbərə görə, Təhsil Nazirliyi tərəfindən paylanan kitablardakı xəritələrdə heç bir anormallıq olmasa da, qalmaqal Albaniyadan Kosovoya pulsuz göndərilən və bir sıra təşkilatlar tərəfindən paylandığı müəyyən olunan xəritələrdə ortaya çıxıb.

Problemlə əlaqədar Doğan Xəbər Agentliyinə (DHA) açıqlama verən Kosovo Təhsil, Elm və Texnologiya Nazirliyinin Prizren Təhsil İdarəsinin türkcə təhsil üzrə cavabdeh şəxsi Ferdi Kovac nazirlik tərəfindən hər il kitab və digər vəsaitlərin paylandığını, lakin onlarda indiyə qədər heç bir problemin ortaya çıxmadığını bildirib.

"Ancaq bəzi xarici ölkələr, dərnək və təşkilatlar ictimai və ya gizli bir şəkildə bunları “kömək” olaraq paylayır. Bəzi müəllimlər də belə vəsaitlərdən istifadə edirlər. Bu məlumatı biz də yeni öyrəndik. Prizren Təhsil Müdirliyi olaraq bunu araşdıracağıq. Məktəbləri ziyarət edib xəritələri təkrar nəzərdən keçirəcəyik", - deyə Kovaç qeyd edib.

Qeyd edək ki, Prizrendə 7 ibtidai təhsil məktəbi, 4 litsey var. Bu şəhərdə yaşayan türklər xəritəyə və bunu ölkəyə göndərən Albaniyaya etirazlarını bildiriblər. Xəritələrin Kosovada digər şəhərlərə də göndərilib-göndrilmədiyi araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam