Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

“Gedib, təpələrinə minib, köklərini qurudacağıq”

erdogan

Türkiyə prezidenti Ərdoğan ABŞ və onun yandaşlarına, o cümlədən terror təşkilatlarına sərt mesaj verib.

Xeberinfo.com:  Məlumata görə,  Ərdoğan Dabikanı İŞİD-dən təmizlədikdən sonra bəzi ölkələrin narahat olduğunu deyib.

O, açıqlamasında Türkiyənin strateji planının artıq dəyişdiyini bəyan eləməklə yanaşı, həm də ABŞ-a dolayı ismarıc göndərib:

“ABŞ rəhbərliyi ilə Mosula hava hücumunda Türkiyənin iştirakı ilə məsləhətləşdik. Ortaq hərəkətlərimiz müzakirə olundu. Açıq deyirəm, biriləri Dabikanı İŞİD-dən təmizlədikdən sonra bizi təbrik elədi, dedilər, əla, ancaq daha bundan aşağı getməyin. O aşağı deyilən yer harasıdır? Əl-Bab şəhəri. Qüsura baxmayın, biz artıq müdafiə deyil, hücum dövlətiyik.

Strategiyamız kökündən dəyişdi, bunu anlayın və görün. Zatən görəcəksiniz də. Biz Əl-Baba da girəcəyik, başqa yerlərə də gedəcəyik. Kimsənin bizə hücum etməsini gözləməyəcəyik, özümüz enib, onlara gərəkən yeri göstərəcəyik”.

Ərdoğan daha sonra çox açıq şəkildə Türkiyənin gələcəyini açıqlayıb: “Biz 1923-cü ildəki psixoloji anlayış hissini artıq aşmışıq. Türkiyəyə təhdid olan istənilən terror təşkilatı və onları himayə edən hansı ölkə olursa olsun, gedib, təpələrinə minib, köklərini qurudacağıq. Bir daha açıq deyirəm, Türkiyə artıq müdafiə ölkəsi deyil, hücum ölkəsi məqamında hərəkət edəcək” .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam