Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Türkiyə ordusu bir gündə 5 əsgərini itirdi

Bu gün Türkiyədə 5 əsgər və 1 kənd qoruyucusu şəhid olub.

Xeberinfo.com:  Türkiyə mətbuatına istinadən məlumata görə, səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, 1 əsgər şəhid olub.

Siirtin Kurtalan qəsəbəsində isə əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində 1 əsgər həyatını itirib, 1 əsgər yaralanıb.

Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində 1 əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə 5 terrorçu zərərsizləşdirilib.

Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Nəhayət, Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam