Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İŞİD liderinin şok səsyazısı yayıldı: "Türkiyəni işğal edin"

İŞİD-in nəşr orqanlarında təşkilatın lideri Əbubəkr Əl Bağdadiyə məxsus olduğu deyilən səsyazma yayımlanıb.

Xeberinfo.com:   Xarici KİV-ə istinadən məlumata görə, 31 dəqiqəlik səsyazmada İŞİD lideri Ə.Bağdadi Mosul əməliyyatının uğursuz alınacağını deyir: “İslam dövlətinin bu gün apardığı böyük cihada qarşı mübarizələr şiddətlənir. Bu isə bizim inamımızı artırır. Demək zəfərdən bir addım da irəlidəyik. Xalqımız “Allah düşmənlərinə“ qarşı apardığımız bu cihadın zəifləməsinə icazə verməməlidir”.

Səsyazmada Türkiyənin də adı anılır. İŞİD lideri təşkilat üzvlərinə çağırış edərək “artıq nifrətinizin alovunu Türkiyə əsgərlərinə boşalda bilərsiniz” deyib.

Səsyazmadakı Türkiyə ilə bağı bir digər bölümdə isə “Türkiyə bu gün artıq mənzilinizə girdi, cihadınızın hədəflərindən biri halına gəldi. Oranı işğal edin və güvəndə hiss etdiyi yerlərə qorxu salın” ifadəsi yer alır.

Ə.Bağdadi, “İnanmayanların gündüzünü gecəyə çevirin, torpaqlarını dağıdın, qanlarını çay kimi axıdın”, - deyə çağırış edib.

Səsyazmada “kafir” ifadəsi işlədilən Səudiyyə Ərəbistanına da hücum çağırışı edilir.

Bildirək ki, Bağdadinin sonuncu səsyazması ötən ilin dekabr ayında yayılmışdı. Həmin səsyazmada isə Rusiya hərbi hava hücumlarının və Amerika liderliyindəki koalisiyasının İŞİD-i zəiflətmədiyi ifadələri yer alırdı.

Qeyd edək ki, İŞİD-in xəlifəliyini elan etdiyi Mosul 2014-cü ilin iyun ayından bu günə kimi təşkilatın qalası sayılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam